Bakıdan Naxçıvana uçan təyyarədə nasazlıq
Bizi izləyin

Hadisə

Bakıdan Naxçıvana uçan təyyarədə nasazlıq

Bu gün Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm