ABŞ-da ŞOK: Məhkəmə azərbaycanlı qızı öldürən qatili azad etdi
Bizi izləyin

Hadisə

ABŞ-da ŞOK: Məhkəmə azərbaycanlı qızı öldürən qatili azad etdi

“Ədalət” və “demokratiya” carçısı ABŞ-da sözlə ifadə edilə bilməyəcək hadisə baş verib. Belə ki, 2011-ci ildə Azərbaycan əsilli 23 yaşlı qızı qətlə yetirən seksual manyak azadlığa buraxılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində həmin ölkədə yaşayan və işləyən 23 yaşlı Azərbaycan vətəndaşı 2011-ci ildə 52 yaşlı seksual manyak tərəfindən qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilən Evelin Vəlibəyovanın cəsədi yalnız 3 ildən sonra aşkar edilib.

Azərbaycanlı qızı Evelin Vəlibəyovanın qatilinin əvvəllər 9 yaşlı qızı zorlayaraq öldürdüyünə görə məhkum edilən seksual manyak olduğu aşkar edilib.

Onun qatili Con Castonqauder isə məhkumluq həyatı yaşamaq əvəzinə həbsxanadan azad edilib. Maraqlısı odur ki, qatil, Evelin Vəlibəyovanın yoxa çıxmasında şübhəli bilinən şəxs kimi həbsxanada saxlanılmayıb. O, Vəlibəyovanın işi ilə bağlı aparılan tədqiqatlara yalan məlumat verdiyi üçün həbs edilib.

Xatırladaq ki, qatil 1987-ci ildə 9 yaşlı qızı zorlayaraq qətlə yetirdiyi üçün 25 il azadlıqdan məhrum edilib. O, 2006-cı ildə şərti azadlığa buraxılıb. Manyakın işinə baxan hakim C. Castenquaya 75 il həbs cəzası tələb etmişdi, çünki onun olduqca təhlükəli və hiyləgər adam olduğunu, azadlığa çıxandan sonra yenidən bu cür cinayət törədəcəyini bilirdi.

Azadlığa çıxdıqdan sonra Castenqauya usta kimi fəaliyyətə başlayıb. O, Evelinanın evində təmir işləri ilə məşğul olub. Qızın yaşadığı evdə xalça və ev əşyaları büsbütün qan içində olub. Onun sonuncu görüntüləri isə metro stansiyasından evə gedərkən videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Evelinin meyiti və qatili 3 ildən sonra tapılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm