Sabirabadda quşbazların cinayəti - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Sabirabadda quşbazların cinayəti - TƏFƏRRÜAT

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.Az xəbər verir ki, hadisə 8 оktyаbr 2013-cü ildə Sаbirаbаd rаyоnunun Cəngən kəndində qeydə alınıb. Kənd sakini Vasif Məmmədоv bаcısı оğlu Orxan Qəhrəmаnоva məxsus göyərçinlərin oğurlanmasında iştirak edən şəxslərin tapıb cəzalandırmaq qərarına gəlib.

Bu məqsədlə o, Təbriz Mirzəyevin yaşasdığı evin qarşısna gəlib. Həmkəndliləri Kamal Murаdоv, Səbuhi Cəbrаyılоv və digərlərinin yanında onunla mübahisə edib. Mübahisə zamanı Vasif Təbrizi yumruqla vurub.

Göyərçin oğurladı, adam öldürdü

Döyülməkdən yaxa qurtaran Təbriz qaçmaq istəyib. Amma Təbrizi təqib edən Vasif Məmmədov ona çataraq zorakılıq göstərib. O, Təbrizi Оrхаn Qəhrəmаnоvun yаşаdığı еvin həyətindəki hinə salaraq zorlayacağı ilə hədələyib. Bundan hiddətlənən Təbriz Vаsif Məmmədоva qarşı yaranmış nifrət hissindən istifadə edərək, onu öldürmək qərarına gəlib.

Cibindən çıxardığı bıçaqla Vasif Məmmədovun qarın nahiyyəsinə bir dəfə zərbə vurub. Vasif Məmmədov kəskin qan itirmədən dünyasını dəyişib.

“Göyərçini necə oğurladığnı soruşdu”

Təbriz Mirzəyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Şahid qismində dindirilmiş Orxan Qəhrəmanov bildirib ki, mərhum Vasif Məmmədov onun doğma dayısıdır: “Oktyabrın 8-də, saat 01 radələrində Vasif Təbrizdən göyərçinləri damdan necə oğurlamalarını soruşdu. Təbriz Kamalı və Səbuhini gördükdən sonra Vasifin hadisə barədə məlumatlı olduğunu başa düşdü, buna görə də, o da göyərçini oğurlamalarını etiraf etdi”.

Məhkəmənin hökmü ilə Təbriz Mirzəyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm