Şirvanda ana və uşağı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bizi izləyin

Hadisə

Şirvanda ana və uşağı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Şirvan şəhərində avtomobil yolu keçən ana və 8 yaşlı uşağı vuraraq öldürüb.

Yoll-nəqliyyat hadisəsi iyunun 16-da saat 23.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 8-ci kilometrliyində, Şirvan şəhəri ərazisində baş verib. Şirvan sakini Rəhimov Rafiq Qaraoğlan oğlunun sürətlə idarə etdiyi “Hyundai Santa Fe” markalı, 99 HL 466 dövlət nömrə nişanlı avtomobil toy mərasimindən çıxan və yolu keçmək istəyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayılova Gülşən Sabir qızı və onun oğlu - 2007-ci il təvəllüdlü İsmayılov Sahib İlqar oğlunu vurub. Uşaq Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda, ana isə xəstəxanada dünyasının dəyişib.

Sürücü hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm