15 yaşlı Beyləqan sakininin cəsədi kanaldan çıxarıldı
Bizi izləyin

Hadisə

15 yaşlı Beyləqan sakininin cəsədi kanaldan çıxarıldı

Ötən gün kanalda çimərkən üzə bilmədiyi üçün boğulub ölən Beyləqan sakinin cəsədi aşkarlanaraq sudan çıxarılıb.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, 17.06.2015-ci il tarixində, saat 18.50-də, çimərkən üzə bilməməsi səbəbindən kanalda boğulmuş, Beylaqan rayonu, Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü, Kazımov Sirac Silyan oğlunun cəsədi, batdığı yerdən 700 metr aralıda aşkarlanıb. Cəsəd xilasedicilər tərəfindən çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 00:22-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm