Qaxda dəhşətli qəza: 5 ölü - FOTO 18+ (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Qaxda dəhşətli qəza: 5 ölü - FOTO 18+ (YENİLƏNİB)

Qax rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən beş nəfərin adları məlum olub:

"Niva" markalı avtomobilin sürücüsü və sərnişinlər:

kiçik gizir - Abbasov Maarif Əlican oğlu

kiçik gizir - Niftiyev Əjdər Paşa oğlu

kiçik gizir - Şəmilli Anar İxtiyar oğlu

"Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin:

Məcidov Samir Teymur oğlu

Tosov Pərviz

21:01

Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb.

Belə ki, Şəkidən Qax istiqamətinə hərəkət edən 10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qaşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sürücü və sərnişin hadisə yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib.

Hadisənin yüksək surət səbəbindən baş verdiyi guman olunur.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm