FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qaxda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:51-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm