Tbilisidə itən pinqvin Azərbaycanda tapıldı və "ev"inə göndərildi
Bizi izləyin

Hadisə

Tbilisidə itən pinqvin Azərbaycanda tapıldı və "ev"inə göndərildi

14 iyun daşqınından sonra Tbilisi zooparkından qaçaraq, üzüb Azərbaycana gəlmiş pinqvin "ev"inə göndərilib.

Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

Daşqın zamanı Tbilisi zooparkından 9 pinqvin qaçıb, 8-ni dərhal tapıblar.

Zoopark əməkdaşları sonuncu pinqvinin hadisə zamanı həlak olduğunu düşünsələr də, bir neçə gün sonra üzərində zooparkın işarəsi olan canlını Azərbaycanda yanacaqdoldurma məntəqəsində tapıblar.

Yemək axtaran pinqvin insanlara özü yaxınlaşıb. Onu tutaraq, Tbilisiyə, doğma zooparkına göndəriblər.

Qeyd edək ki, daşqın zamanı Tbilisi zooparkını su basıb, orda qalan 600 heyvandan yarısı həlak olub. Xüsusi təyinatlılar indiyədək Tbilisi ətrafında sağ qalmış pələng və kaftarı axtarırlar.

Hadisə zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm