13 nəfəri ilan sancdı
Bizi izləyin

Hadisə

13 nəfəri ilan sancdı

Bu il mövsüm başlayandan bu günə kimi 13 nəfəri ilan sancıb.

Bu barədə Publika.az-a Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, ilansancma ilə müraciət edənlərin hamısı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

“İlansancmalar əsasən Bakı kəndləri və ərtaf qəsəbələrdə baş verib. Onlar arasında uşaqlar yoxdur, əsasən gənc yaşda olanlardır. Bu vaxta qədər ölüm halı qeydə alınmayıb. Vaxtında həkimə müraciət edilsə, ölüm halı qeydə alınmır”.

R.Nağıyev may ayından bu günə kimi günvurma ilə bağlı təcili yardıma müraciətlərin də sayını açıqlayıb.

“May ayından bu günə qədər 9 günvurma halı baş verib, 2 nəfər xəstəxanaya yerləşdirilib. Günvurmalar çimərliklər və açıq havada uzun müddət qalanlarda müşahidə edilib. Günvurma ilə bağlı əsasən ortayaşlı insanlar müraciət edib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm