• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda ağır qəza: 3 ölü, 2 yaralı – FOTOLAR (YENİLƏNİB)

  • Hadisə
  • 23 İyun 2015 12:20
  • 1 576 Baxış
Bakıda ağır qəza: 3 ölü, 2 yaralı – FOTOLAR (YENİLƏNİB)

Publika.az-ın əldə etdiyi məlumata görə, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında “Ford Tranzit” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hazırda yol polisi tərəfindən hadisə yerində araşdırma aparılır.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət həddi səbəb olub.

***

Bakıda avtomobil qəzası böyük tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR