Hadisə
Hətəmpaşa adlı "qadının" qatili: "Mənə dostumla xəyanət edirdi"
Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə qətlə yetirilən 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızını qətlə yetirən şəxs saxlanılıb.
"Report"un məlumatına görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Onun barəsində Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə zamanı daha iki nəfər xəsarət aldığından, istintaqın gedişi zamanı Ş.Əliyevə CM-də nəzərdə tutulan daha ağır maddələrlə ittiham elan ediləcəyi istisna edilmir. Cinayəti törədən şəxslə qətlə yetirilən A.Dəmirova sevgili olublar. Ş.Əliyev ifadəsi zamanı A.Dəmirovanı ona dostu ilə birlikdə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!