Bakıdakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: "Ölənlərdən biri britaniyalıdır"
Bizi izləyin

Hadisə

Bakıdakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: "Ölənlərdən biri britaniyalıdır"

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi dünən baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda qeyd edilir ki, “FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib.

Komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

"Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk", deyə məlumatda bildirilir.

Qeyd edək ki, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında “Ford Tranzit” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm