Göygöldə 32 yaşlı gənc qətlə yetirilib
Bizi izləyin

Hadisə

Göygöldə 32 yaşlı gənc qətlə yetirilib

Göygöldə Kəlbəcər rayonundan məcburi köçkün olan 32 yaşlı gənc bıcaqlanaraq qətlə yetirilib.

Göygöl rayon Prokurorluğundan Publika.az-ın Qərb Bürosuna verilən məlumata görə, hadisə iyunun 24-də gecə saatlarında rayonun Firuzabad kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan, Göygöldə məskunlaşan, 1983-cü il təvəllüdlü Kənan İmanov hələ ki kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Ağır xəsarətlər alan K.İmanov Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, onun kim tərəfindən və hansı səbəblərdən bıçaqlanaraq qətlə yetirildiyi istiqamətində araşdırmalar aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm