Xörək bişirmək istədi, evi partlatdı - FOTOLAR
Bizi izləyin

Hadisə

Xörək bişirmək istədi, evi partlatdı - FOTOLAR

Bərdədə yaşayış evi partlayıb. Hadisəyə səbəb məişətdə istifadə olunan qaz balonunun partlaması olub. Ev əşyaları ilə birlikdə yanaraq kül olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən axşam saatlarında Bərdənin Zümürxan kəndinin sakini Şəfiqə Abdulrəhmanova xörək hazırlamaq istəyib. Lakin istifadə etdiyi qaz balonu partlayıb.

Partlayış nəticəsində yaranan alov bütün evi bürüyüb. Yardıma gələn qonşular alovu söndürməyə çalışsa da, bu mümkün olmayıb. Hadisə yerinə Bərdə və Tərtər rayon yanğından mühafizə hissəsinin əməkdaşları gəlib.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 136 kv metr olan, taxtadan inşa olunmuş ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğından mühafizə hissəsindən də hadisənin məişətdə istifadə olunan qaz balonundakı partlayış nəticəsində baş verdiyini təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm