Göyçayda ev, İmişlidə maşın yanıb
Bizi izləyin

Hadisə

Göyçayda ev, İmişlidə maşın yanıb

İyunun 28-də Göyçay rayonunun Mırtı kəndində 4 otaqlı evdə yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinı istinadən xəbər verir ki, hadisə nəticəsində 80 kvadratmetr ev bütün əşyaları ilə yanıb. Yanğın saat 06:32-də söndürülüb.

İmişli rayonunda isə "Mersedes” markalı maşın yanıb.
Yanğın saat 22:55-də söndürülüb.

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 4 otaqlı mənzilin eyvanında yanğın olub. “Ariston” markalı su qızdırıcısı yanıb.

Yanğın saat 00:15-də söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm