"Kapitalbank"ı yarmaq istədilər - FOTOLAR
Bizi izləyin

Hadisə

"Kapitalbank"ı yarmaq istədilər - FOTOLAR

Bu saatlarda "Kapitalbank"ın Abşeron rayon şöbəsində oğurluğa cəhd olub.

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayon polis idarəsinin əməkdaşları banka cəlb edilib. Abşeron polis idarəsindən faktı təsdiqləyiblər. Oğurluq cəhdinin qarşısı alınıb.

Oğurluğa cəhd edən şəxsin yaşlı biri olduğu bildirilir. Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Abşeron Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalanda yerləşən “Kapital Bank”ın filialına daxil olan şəxs orada mühafizəçi işləyən şəxsdən pul tələb edib. Rədd cavab aldıqda isə, basqın edən şəxs ona bıçaq zərbəsi vuraraq kassada olan pulu götürərək hadisə yerindən qaçmaq istəyib. Lakin kassada pul olmayıb.

Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində hücum edən şəxs dərhal həbs edilib. İstintaq sirri olduğuindan həmin şəxsin adı açıqlanmır. Onun yalnız həmin bankda inkasator vəzifəsində işlədiyi bildirilir. Hadisə vaxtı cinayətkar məzuniyyətdə imiş.

Yaralı mühafizəçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam edir.

















Oxumağa davam et
Reklam
Reklam

Gündəm