Masallıda maşın piyadanı vurdu
Bizi izləyin

Hadisə

Masallıda maşın piyadanı vurdu

Masallı-Boradigah şose yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, Masallı rayon sakini 22 yaşlı Namik Ağazadə idarə etdiyi Mersedes markalı 90 XP 616 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən qəsəbə sakini 45 yaşlı Reyhan Cəbrayılovanı vurub.

Yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Hadisəyə səbəb yaşayış məntəqəsi ərazisində sürət məhdudiyyətinin gözlənilməməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm