
Bakıda 10-cu sinif şagirdi özünü binadan ataraq ölüb.
Bakının Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata
görə, Xətai rayon sakini 1999-cu il təvəllüdlü Gülnar Vəliyeva
yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq
intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.