Hadisə
Nişan mərasimi yasa döndü: yaşyarımlıq körpə öldü - TOVUZDA
Tovuz rayonunda baş vermiş ağır qəzada yaşyarımlıq uşaq ölüb, 4 nəfər isə ağır yaralanıb.
Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın qərb bürosuna verilən məlumata görə, hadisə iyulun 5-də axsam saatlarında rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Tovuzdakı nişan mərasimindən Gədəbəyə qayıdan ailə “UAZ” markalı avtomobillə təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 2014-cü il təvəllüdlü Elnur Alıyev hadisə yerindəcə ölüb. 4 nəfər isə ağır yaralanaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, yaralıların vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Qəzanın hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.
Sami Süleymanlı
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik