7 kiloqram narkotiklə saxlanılan şəxs: “Yolun qırağından yığmışıq” – VİDEO
Bizi izləyin

Hadisə

7 kiloqram narkotiklə saxlanılan şəxs: “Yolun qırağından yığmışıq” – VİDEO

Qanunsuz narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Abşeron polisinin keçirdiyi əməliyyat nəticəsində təxminən 7 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Abşeron rayon polis idarəsi Mehdiabad polis bölməsinin əməkdaşları Gəncə şəhər sakini, 19 yaşlı Nail Həsənpur, onun həmyaşıdı - Göyçay rayon İkinci ərəbcəbirli kənd sakini Xaləddin Quluzadəni saxlayıb. Saxlanılan şəxslərin bildirdiyinə görə, onlardan götürülən narkotiki Şəmkirdə yol kənarından yığıblar.

Nail Həsənpur - saxlanılan şəxs: "2 yoldaş məsləhətləşib etmişik. Şəmkirdə, yolun qırağından yığmışıq. 7 kilo idi, Gəncəyə apardıq, orada qurutduq hamısnı. 3-4 gündən sonra Bakıya gəldik. Kimə gəldi satmaq istəyirdik, dəqiq bir adamımız yox idi".

Xaləddin Quluzadə - saxlanılan şəxs: "8-10 minə satmaq istəyirdik. Kiloyla vermirik. Bakını yaxşı tanımırıq, birtəhər gəlib çıxdıq.

Saxlanılan şəxslərdən külli miqdarda, çəkisi 7 kiloqram 234 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bu, gənclərin ilk məhkumluğu olacaq. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm