Hadisə
İftarda kütləvi zəhərlənmə - Zaqatalada
Azərbaycanda kütləvi zəhərlənmə hadisəsi baş verib. ANS
PRESS-in əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda,
Çobankol kəndində olub.
Musayevlər ailəsinin 8 üzvü bu gecə saat 02:30 radələrində
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İnfeksiyon Xəstəliklər
şöbəsinə yerləşdiriliblər.
Şöbədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma nəticəsində
məlum olub ki, ailə yedikləri qarpızdan zəhərlənib. Şöbə müdiri
Şamil Xaldayevin sözlərinə görə, ailə üzvləri iftar açarkən gün
altında qalan qarpız yeyiblər və bunun nəticəsində də
zəhərləniblər.
"Zəhərlənənlər arasında daha 2 nəfər olub. Lakin onlar ilkin
yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Bunlar
Musayeva Pəri və Musayeva Nəzir olub.
Zəhərlənənlər aşağıdakılardır:
Sirac Musayev - 2014-cü il təvəllüd
Günel Musayeva - 2001-ci il təvəllüd
Gülbikə Musayeva - 1999-cu il təvəllüd
Təbrik Merhan qızı Musayeva - 1980-cı il təvəllüd
Mustafa Nəzirməmməd oğlu Musayev - 1976-cı il təvəllüdlü
Pəri Qurban qızı Musayeva - 1952-ci il təvəllüdlü
Hazırda zəhərlənənlərin vəziyyəti normaldır.
Qeyd edək ki, bu, Zaqatalada yay mövsümü başlayandan ilk belə
haldır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!