Nabranda kütləvi dava: ölən var - VİDEO
Bizi izləyin

Hadisə

Nabranda kütləvi dava: ölən var - VİDEO

Ötən gecə Xaçmazda qətl hadisəsi baş verib. Hadisə rayonun Nabran istirahət zonasındakı “Dostluq” turizm bazasının ərazisində qeydə alınıb.

Hadisənin şahidlərinin bildirdiyinə görə, gənclər arasında baş verən kütləvi dava qanlı sonluqla nəticələnib. Münaqişə zamanı 26 yaşlı Xaçmaz şəhər sakini Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. Mərhumun taksi sürücüsü olduğu və bir bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilib.

Nəzir Səmədov - hadisə şahidi: "Uzaqdan gördüm ki, orada dava qopdu. Sillə, təpik, yumruq... Onların içərisindən dolu-fason bir oğlan ayrıldı, qaçıb gəldi, burada yıxıldı. Elə bildim ki, ayağı ilişib yıxıldı. Ayağa qalxdı, 10 metr sonra yenə yıxıldı. Yoldaşıma dedim ki, vallah, deyəsən, onu vurublar".

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir (Region TV).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm