Yük avtomobili istehsalı artıb
Bizi izləyin

Hesabat

Yük avtomobili istehsalı artıb

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 142 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 13,6 faiz üstələyir.

Publika.az-a xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyun aylarının yekunu üzrə hesabatında deyilir.

Hesabata əsasən, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 75,4 faiz azdır.

Cari ilin I yarısında ölkədə 540 traktor istehsal edilib. Bu, 2014-cü ilin eyni dövrünün göstəricisindən 10,4 faiz azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm