
Bu günlərdə "Azərbaycanın sənayesi” statistik məcmuəsi
nəşr olunaraq, oxuculara təqdim edilib. Nəşrdə Azərbaycan
sənayesinin vəziyyətini əks etdirən əsas göstəricilər əksini
tapıb.
Publika.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, məcmuədə sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər statistik məlumatlar yerləşdirilib.
Məcmuənin elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının “Sənaye” bölməsindən, nəşr versiyasını isə “Azərbaycanın sənayesi, 2014” (1.20 MB) linki vasitəsilə əldə etmək olar.