“Fəlsəfə Akademiyası“ bağlandı
Bizi izləyin

Hesabat

“Fəlsəfə Akademiyası“ bağlandı

Publika.Az-ın verdiyi məlumata görə, tədbirdə fəlsəfə elmlər doktoru Mail Yaqub, “Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri Narınc Rüstəmova, mərkəzin təlimlər üzrə meneceri, psixoloq Elnur Rüstəmov, “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvü Azər Abdullayev və Hikmət Hüseynov iştirak edib.


Azər Abdullayev layihənin qısa müddət ərzində bu qədər uğur qazanması və “İRƏLİ”nin ən çox diqqət cəlb edən layihələrdən birinə çevrildiyini bildirib. Hikmət Hüseynov gələcəkdə layihənin davam etdirilməsi təklifini irəli sürüb.

Daha sonra psixoloji imtahanda uğurlu nəticə göstərən 7 nəfərə diplom, layihədə iştirak etdiyinə görə 25 nəfərə sertifikat təqdim edilib.

“Fəlsəfə Akademiyası” layihəsi fevralın 26-dan mayın 30-na kimi həyata keçirilib. Layihənin əsas məqsədi gənclərdə fəlsəfi və psixoloji biliklərin təkmilləşdirilməsi, sağlam düşüncə tərzini öz həyat tərzinə çevirəcək gənclərin yetişdirilməsi olub.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm