Kredit faizləri aşağı salınır: banklara tapşırıq verildi
Bizi izləyin

Hesabat

Kredit faizləri aşağı salınır: banklara tapşırıq verildi

“Bank sektorunda heç bir problem yoxdur. Özəl bank sektoru yaxşı kapitallaşıb”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, məcmu kapitalı 50 milyon manat olmayan banklarla müqavilə bağlanıb. O banklar da bağlanmayacaq, fəaliyyətləri davam edəcək.

“Banklara tövsiyyə olunub ki, valyuta kreditlərinin vaxtını uzatsınlar, faizləri aşağı salsınlar. Prosesi ciddi nəzarətdə saxlayacağıq”, - MB sədri əlavə edib.

O qeyd edib ki, məzənnə siyasətində ilin sonuna ciddi dəyişiklik gözlənilmir: “Lakin nəzərə alınacaq məsələ neftin qiymətidir. Bundan sonra məzənnə siyasəti daha çevik olacaq. Fundamental dəyişiklik olsa, cəmiyyət məlumatlandırılacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm