Həyat sığortası bazarı 5 faiz böyüyüb
Bizi izləyin

Hesabat

Həyat sığortası bazarı 5 faiz böyüyüb

Yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9%-i və ya 32,25 milyon manatı həyat sığortasının payına düşüb.

Sığortaçılar Assosiasiyasından Publika.az-a verilən məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 5,1% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 49,8%-i və ya 16,1 milyon manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 10,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,1%-i və ya 5,2 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,4%-i və ya 126 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

3 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 7,24 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 80,4%-i və ya 5,8 milyon manatı həyatın yaşam sığortasının, 10,3%-i və ya 748 min manatı həyatın ölüm halından sığortasının, 9,3%-i və ya 676 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,3 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm