• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Könüllü sığorta haqqı 70 faiz artıb

  • Hesabat
  • 15 Aprel 2015 07:34
  • 463 Baxış
Könüllü sığorta haqqı 70 faiz artıb

Yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 69,1%-i və ya 93,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Publika.az Sığortaçılar Assosiasiyasına ıistinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 41,7 milyon manat və ya bazarın 30,9%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4% böyüyüb.

3 ay ərzində ümumi ödənişlərin 72,5%-i və ya 25,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 30,5% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 9,8 milyon manat və ya ümumi bazarın 27,5%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 22,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR