Hansı ölkələrdən daha çox idxal həyata keçirilib?
Bizi izləyin

Hesabat

Hansı ölkələrdən daha çox idxal həyata keçirilib?

İlin əvvəlindən ölkənin rezidentləri dünyanın 112 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Ticarətin həcmi 4041,7 milyon ABŞ dolları məbləğində olub. 2334,6 milyon dollarlıq ixrac və 1707,1 milyon dollarlıq idxal əməliyyatları aparılıb. 627,5 milyon dollarlıq müsbət saldo yaranıb.

3 aylıq alverin statistikası

Publika. az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 67 ölkəyə əmtəə ixrac olunub, 103 ölkədən idxal həyata keçirilib. 2014-cü ilin yanvar-fevral aylarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 25,5 faiz artıb. Ticarət əlaqələrinin 90,1 faizi və ya 3641,0 milyon dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, o cümlədən 43,0 faizi və ya 1737,5 milyon dollarlıq hissəsi Avropa İttifaqı ölkələri ilə, 9,9 faizi, yaxud 400,7 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. Bu ölkə qrupları ilə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 30,7 faiz və 0,4 faiz artıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələri və digərləri olub.

İxrac mallarının qiymətləri

MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərə ixrac olunan malların dəyəri müqayisəli qiymətlərlə 25,7 faiz artıb. MDB ölkələrinə ixrac olunan malların həcmi 36,6 faiz azalaraq 62,4 milyon dollar təşkil edib. İxracın 2,7 faizi MDB, 58,7 faizi və ya 1370,8 milyon dolları Avropa İttifaqı ölkələri ilə, 38,6 faizi və ya 901,4 milyon dolları isə digər dövlətlərlə həyata keçirilib. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2015-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə göndərilmiş məhsullardan təzə tərəvəz 2,8 faiz, təzə meyvə 61,6 faiz, kartof 48,3 faiz, marqarin, digər qida üçün yararlı qarışıqlar 2,1 faiz, qazoyl 2,4 dəfə, maye qaz 21,0 faiz, polietilen 29,1 faiz, qızıl 47,9 faiz, emal olunmamış alüminium 0,3 faiz artıb, çay 8,5 faiz, bitki yağları 58,7 faiz, şəkər 38,5 faiz, aviasiya və digər məqsədlər üçün ağ neft 83,1 faiz, neft koksu 34,9 faiz, pambıq parça ipliyi 63,2 faiz, qara metallardan boruların ixracı isə 61,6 faiz azalıb.

Hansı ölkələrdən mal idxal edirik?

Hesabat dövründə idxalın 19,8 faizi və ya 338,3 milyon dolları MDB üzvü dövlətlərinin, 21,5 faizi və ya 366,7 milyon dolları Avropa İttifaqı ölkələrinin, 58,7 faizi və ya 1002,1 milyon dolları isə digər dövlətlərin hesabına formalaşıb.

Konkret olaraq ölkəyə idxal olunan malların ümumi həcminin 27,3 faizi ABŞ-ın, 14,9 faizi Rusiyanın, 11,9 faizi Türkiyənin, 5,9 faizi Almaniyanın, 5,6 faizi Çinin, 4,0 faizi İtaliyanın, 3,2 faizi Ukraynanın, 2,7 faizi Yaponiyanın 2,6 faizi Böyük Britaniyanın, hər birində 2,0 faiz olmaqla Norveç və Fransanın, 1,8 faizi Koreyanın, 1,2 faizi Avstriyanın, 14,9 faizi isə digər ölkələrin payına düşüb.

Ölkəyə nə qədər ət, meyvə tərəvəz, avtomobil gətirilib

İdxal olunan malların ümumi dəyərinin 12,9 faizini yeyinti məhsulları, 3,8 faizini tütün və tütün məmulatları, 0,2 faizini sement, 1,3 faizini neft məhsulları, 2,0 faizini əczaçılıq məhsulları, 1,8 faizini plastmas və ondan hazırlanan məmulatlar, 1,3 faizini oduncaq və ondan hazırlanan məmulatlar, 10,8 faizini qara metallar və onlardan hazırlanan məmulatlar, 19,8 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 31,3 faizini nəqliyyat vasitələri və onların hissələri, 0,9 faizini mebel və onun hissələri, 13,9 faizini digər mallar təşkil edib.

Yanvar-fevral ayları ərzində ölkəmizə 4094 çeşiddə mal idxal olunub. İdxalın ümumi həcminin 66,9 faizini avtomobil, 20,0 faizini dəmiryolu, 9,4 faizini hava, 3,6 faizini dəniz nəqliyyatı vasitələri ilə gətirilmiş malların dəyəri təşkil edib.

2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə mal əti idxalı 4,4 dəfə, quş əti və əlavə ət məhsulları 29,7 faiz, kərə yağı, digər süd yağları və pastaları 2,1 dəfə, kartof 1,4 faiz, təzə meyvə 6,1 dəfə, buğda 2,5 dəfə, mineral gübrələr 7,1 faiz, rezin şinlər 2,1 dəfə, qara metallardan çubuqlar və armaturlar 36,2 faiz, qara metallardan borular 87,7 faiz, məişət soyuducuları 9,9 faiz, avtobuslar 2,1 dəfə, mebel 12,6 faiz artmış, təzə tərəvəz 16,6 faiz, çay 27,3 faiz, bitki yağları 10,8 faiz, xam şəkər və şəkər 51,6 faiz, sement klinkerləri və sement 81,1 faiz, polietilen 34,6 faiz, polad prokatı 19,3 faiz, qara metallardan künclüklər və şvellerlər 51,2 faiz, məişət kondisionerləri 71,0 faiz, paltaryuyan maşınlar 31,5 faiz, hesablama maşınları, blok və qurğuları 15,6

faiz, minik avtomobilləri 41,4 faiz, yük avtomobillərinin idxalı isə 67,1 faiz azalıb. Yanvar-fevral aylarında ölkəyə 7031 ədəd minik avtomobili, 119 ədəd avtobus, 339 ədəd yük avtomobili idxal olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm