“Real”ın son transfer bombası kim olacaq?
Bizi izləyin

İdman

“Real”ın son transfer bombası kim olacaq?

Mövsümlərarası dövrdə heyətə əl gəzdirməyə qərar verən “Real” rəhbərliyi artıq üç futbolçunun keçidini həll edib.

Publika.az xəbər verir ki, “Portu”dan Danilonun transferinə 30 milyon avrodan çox pul xərcləyən paytaxt klubu “qəpik-quruş” xərcləməklə daha iki futbolçunu (Marko Asenxo – 3,5 milyon avro, Lukas Vaskes – 1 milyon avro) Madridə gətirib. Amma hələ “bomba” partlamayıb.

“Real”ın prezidenti Florentino Peres “Mançester Siti”nin lideri Serxio Aqueronu yola gətirməyə çalışır. “As”-ın yazdığına görə, bu yaxınlarda ad gününü qeyd edən argentinalı hücumçuya ən yaxşı hədiyyə “Ağ şimşəklər”dən gələ bilər.

Halbuki əvvəlki açıqlamalarında Premyer Liqanın son mövsümünün bombardiri “Mançester Siti”dən getməyəcəyini bildirmişdi. Daha doğrusu, onun adından bu açıqlamanı hələ də baş məşqçi postundakı gələcəyi sual altında olan Manuel Pelleqrini vermişdi.

Son mövsümdə MS-nin heyətində İngiltərə çempionatında 33 oyun keçirən Aquero 26 qolla bombardir olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm