Azərbaycan velosipedçilərindən Tayvan turunda uğurlu start
Bizi izləyin

İdman

Azərbaycan velosipedçilərindən Tayvan turunda uğurlu start

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda mübarizəyə başlayıb.

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda mübarizəyə başlayıb.

5 günlük yürüşün bu gün keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.

“Synergy Baku” üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.

Komanda üzvlərimizin bu nəticəsi “Synergy Baku”nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm