• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ŞOK: Avroliqa turniri ləğv edilir

  • İdman
  • 8 İyul 2015 18:48
  • 483 Baxış
ŞOK: Avroliqa turniri ləğv edilir

Beynəlxalq basketbol federasiyası (FİBA) və FİBA-nın Avropa bölməsi olan “Europe” Avroliqa ilə klub yarışlarının keçirilməsi müqaviləsini ləğv edib.

Publika.az FİBA-ya istinadən xəbər verir ki, Avroliqa “FİBA Europe” adından Avropa yarışlarının keçirilməsi hüququnu itirib.

Avroliqa 2000-ci ildən etibarən “FİBA”-nın himayəsi altında keçirilən Avropanın əsas klub turniri hesab olunurdu. Lakin maliyyə mübahisəsi nəticəsində Avroliqa və FİBA superliqa adlı iki müstəqil turnirin yaranmasına səbəb oldu. Mübahisə 2008-ci ildə FİBA və Avroliqa arasında razılaşma ilə yekunlaşdı. Razılaşma nəticəsində Avroliqa Avropada yeganə əsas klub turniri statusu aldı. İndi isə yenidən mübahisə yaranıb.

FİBA iyunun əvvəllərində Avroliqa və Avropa kubokuna analoq olacaq iki yeni klub turnirinin yaradıldığını elan edib.

Avroliqanın analoqu isə yaxın 2 il ərzində yaradılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR