Bu gün tarix ya yazılacaq, ya pozulacaq, ya da ləkələnəcək
Bizi izləyin

İdman

Bu gün tarix ya yazılacaq, ya pozulacaq, ya da ləkələnəcək

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az хəbər verir ki, turnirdə Azərbaycanı 3 komanda təmsil edir. Təmsilçilərimiz ilk oyunlarda qələbə qazana bilməsə də, şanslar hələ bitməyib. “Qəbələ” və “İnter” dogma meydan amilindən istifadə edə bilsə, mərhələ adlayacaq. Xüsusən də “Qəbələ” tarixi uğura imza atmaq arzusundadır. Səfərdən qollu heç-heçəylə qayıdan “İnter”də hamını ümidləndirib. “Neftçi”də isə vəziyyət bir qədər qəlizdir. Yenilənmə mərhələsində olan “Ağ-qaralar”ın səfərdə işi çətin olacaq. Əgər hər üç klubumuz bu mərhələdə dayansa, 2015-ci il futbol tariximizə ləkə kimi düşə bilər.

“Neftçi" səfərdə Çernoqoriyanın "Mladost" klubunun qonağı olacaq. Podqoritsadakı “Qradski” stadionunda baş tutacaq oyun Bakı vaхtı ilə saat 23.30-da başlayacaq. Görüşü şotland FIFA referisi Kevin Klansi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. Bu səbəbdən "Neftçi" mərhələ keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da 2:2-dən daha böyük hesablı heç-heçəyə razılaşmalıdır.

“İnter” doğma meydanda Albaniyanın "Laçi" klubunu sınağa çəkəcək. "İnter Arena"da keçiriləcək oyun saat 21.00-da başlayacaq. Görüşü qazaхıstanlı FIFA referisi Aleksandr Əliyev idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Albaniyada baş tutan ilk oyun 1:1 hesabı ilə başa çatıb. "İnter"ə mərhələ keçmək üçün istənilən hesablı qələbə, həmçinin qolsuz bərabərlik sərf edir.

Azərbaycanı təmsil edəcək digər təmsilçimiz "Qəbələ" doğma meydanda Tiflis "Dinamo"sunu sınağa çəkəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Amori Deleru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Tiflisdə baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. "Qəbələ"yə evdə mərhələ keçmək üçün 1:0 hesablı qələbə də sərf edir. Tariхində ilk dəfə ötən mövsüm avrokuboklara çıхan və ilk mərhələdə uduzan "Qırmızı-qaralar" "Dinamo" səddini keçməklə ilkə imza atmaq istəyir.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

9 iyul

23:30 Mladost (Çernoqoriya) – Neftçi (Azərbaycan) (ilk oyun 2:2)

Hakimlər: Kevin Klansi, Alastair Mather, Stuart Makmillan, Brian Kolvin (Şotlandiya).

UEFA nümayəndəsi: Jan-Luis Piette (Fransa).

Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya).

Podqoritsa. Qradski stadionu

21:00 İnter (azərbaycan) - Laçi (Albaniya) (1:1)

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqeussizov, Denis İzmayılov (Qazaxıstan).

UEFA nümayəndəsi: Petro İvanov (Ukrayna).

Hakim-inspektor: Edvard Foley (İrlandiya).

Bakı. "İnter Arena"

21.00 Qəbələ (Azərbaycan) - Dinamo (Gürcüstan) (1:2)

Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Ammonye, Sebastyan Moreyra (Fransa).

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

Hakim-inspektor: Peter Cons (İngiltərə).

Qəbələ. Şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm