Məşhur futbolçu bütün qazancını xeyriyyəçiliyə sərf edəcək
Bizi izləyin

İdman

Məşhur futbolçu bütün qazancını xeyriyyəçiliyə sərf edəcək

İrlandiya milli komandasının sabiq futbolçusu Damyen Daff yeni klubundan alacağı məbləği xeyriyyə məqsədilə istifadə edəcək.

Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu yerli "Şemrok Rovers" komandası ilə müqavilə bağlayıb. D.Daff vətənində fəaliyyət göstərən "Heart Children İreland" təşkilatının səfiridir. O, İngiltərənin "Blekbern", "Çelsi", "Nyukasl" və "Fulhem" klubları ilə birgə ürəyində qüsur olan uşaqlar üçün yardım kampaniyaları təşkil edib. D.Daffın da oğlu ürək qüsuru ilə doğulub.

Qeyd edək ki, Damyen Daffın yeni komandası "Şemrok Rovers" Avropa Liqasında mübarizə aparır. Komanda I təsnifat mərhələsində Lüksemburq təmsilçisi "Proqress"i üstələyərək (0:0, 3:0), növbəti mərhələyə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm