"Neftçi" Qəbələdə "şeytanın qıçı"nı qırdı
Bizi izləyin

İdman

"Neftçi" Qəbələdə "şeytanın qıçı"nı qırdı

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. İkinci oyun günündə iki matç baş tutacaq.

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. İkinci oyun günündə iki matç baş tutacaq.

Artıq bir oyun başa çatıb. 2014-cü ildə uğursuz çıxış edən "Qəbələ" və "Neftçi" Qəbələ şəhər stadionunda qarşılaşıb. Bu matçadək yeni ildə baş tutan 6 oyunda "Qəbələ" 8 (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət), "Neftçi" isə cəmi 5 (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) xal qazana bilmişdi. "Ağ-qaralar" 5 tur idi qələbəyə həsrət qalmışdı. Cəzalı futbolçuları sıraya dönən flaqman uğursuz seriyaya son qoyub. Hesabı 29-cu dəqiqədə bir müddət Böyükağa Hacıyev tərəfindən əvəzedici heyətə göndərilən Bahodir Nasimov açıb. Özbək forvard 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. 72-ci dəqiqədə isə künc zərbəsindən sonra qonaqların qapısına yol tapan Lorenzo Ebesilio "Qəbələ"nin təsəlli qoluna imza atıb - 1:2.

Turun son oyununda "Qarabağ" "Bakı"nı qəbul edəcək. Tofiq Bərhamov stadionunda keçiriləcək və saat 18.00-da başlayacaq matçı Rauf Cabbarov idarə edəcək. Digər oyundan fərqli olaraq, bu matçda 2014-cü ilin uğurlu komandaları qarşılaşacaq. Belə ki, "Qarabağ" arxada qalan 6 turda 13 (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), "Bakı" 14 (4 qələbə, 2 heç-heçə) xal qazanıb.

Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. "Simurq" AZAL-a 2:0, "Rəvan" "Xəzər Lənkəran"a 2:1, "İnter" isə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XXV tur

9 mart

Qəbələ - Neftçi 1:2

Qollar: Lorenzo Ebesilio, 72 - Bahodir Nasimov, 29; 65.

Qəbələ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov.

Baş məşqçi: Yuri Syomin.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Murad Məmmədov.

Qəbələ şəhər stadionu. Saat 13.00.

Qarabağ - Bakı

Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Nahid Əliyev, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm