Klublarımızın oyunları canlı yayımlanacaq
Bizi izləyin

İdman

Klublarımızın oyunları canlı yayımlanacaq

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Klublarımızdan ikisi evdə, biri səfərdə növbəti mərhələyə adlamağa çalışacaq.

Publika.az xəbər verir ki, Qəbələdə baş tutacaq “Qəbələ” – “Dinamo” (Gürcüstan) matçını futbolsevərlər “İdman Azərbaycan” telekanalından canlı izləyə bilər. Qarşılaşma saat 21:00-da başlayacaq.

Eyni vaxtda başlayacaq “İnter” – “Laçi” qarşılaşması isə AzTV-də yayımlanacaq.

Çernoqoriyada "Mladost"un qonağı olacaq "Neftçi"nin oyununu da İdman Azərbaycan kanalı canlı yayımlayacaq. "Mladost" - "Neftçi" matçı saat 23:30-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm