• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

FİFA bizi sevindirdi - 7 pillə irəliləmişik

  • İdman
  • 9 İyul 2015 15:27
  • 278 Baxış
FİFA bizi sevindirdi - 7 pillə irəliləmişik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi 7 pillə irəliləyərək 302 xalla 108-ci pillədə qərarlaşıb.

AÇ-2016-nın seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan yığmalardan ən yüksək nəticəyə son siyahıyla müqayisədə 4 pillə irəliləyən Xorvatiya millisi imza atıb. Xorvatlar 1023 xalla 14-cü pillədə qərarlaşıb. Digər rəqiblərimizdən İtaliya 17-ci (1001), Norveç 67-ci (495), Bolqarıstan isə 68-ci pillədə qərarlaşıb (489). Malta yığması isə 157 xalla 158-ci pillədə yer alıb.

Reytinq cədvəlinə isə Argentina (1473) millisi başçılıq edir. Lionel Messinin həmvətənləri Amerika kubokunun finalında məğlub olmasına baxmayaraq, siyahıda Almaniya (1411) millisini geridə qoymağı bacarıb. Siyahıda 3-cü pillədə isə Belçika yığması qərarlaşıb (1244).

Növbəti reytinq cədvəli avqustun 6-da açıqlanacaq.

“İlk onluq”

1 (3). Argentina – 1473

2 (1). Almaniya – 1411

3 (2). Belçika – 1244

4 (4). Kolumbiya – 1217

5 (6). Hollandiya – 1204

6 (5). Braziliya – 1186

7 (7). Portuqaliya – 1177

8 (12). Rumıniya - 1166

9 (15). İngiltərə - 1157

10 (22). Uels - 1155

Millimiz və “qonşuları”

104 (107). Kuba - 313

105 (100). Makedoniya - 311

105 (93). Qvatemala - 311

107 (104). Antiqua və Barbuda – 303

108 (115). AZƏRBAYCAN – 302

108 (95). Malavi - 302

110 (96). Litva - 301

111 (83). Syerra-Leone - 300

112 (119). Zimbabve - 290

113 (106). Bəhreyn – 282

AÇ-2016-dakı rəqiblərimiz

14 (18). Xorvatiya – 1023

17 (13). İtaliya – 1001

67 (64). Norveç - 495

68 (62). Bolqarıstan - 489

158 (145). Malta – 157

Xəbər lenti

DAHA ÇOX XƏBƏR