Bayrampaşada Arda Turan küçəsi
Bizi izləyin

İdman

Bayrampaşada Arda Turan küçəsi

"Barselona"ya transfer olunan Arda Turanın adı Türkiyədəki küçələrin birinə verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Bayrampaşa bələdiyyəsini ziyarət edən futbolçunun adı Ordu küçəsinə verilib. Bələdiyyə sədri məsələ ilə bağlı açıqlamasında bunları deyib:

"Ardaya sürprizimiz olacaq. Onun ad və soyadını atasının olduğu, özünün böyüdüyü Ordu küçəsinə vermişik. İstanbul Büyükşehir Bələdiyyəsi qərarını verib. İndi isə Bayrampaşa Bələdiyyə Məclisindən cavab gözləyirik. Çünki Arda bizim qürurumuzdur".

Futbolçu isə bələdiyyə sədrinin bu təşəbbüsünə görə ona təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm