Yeni stadion 74 milyon avro gəlir gətirəcək
Bizi izləyin

İdman

Yeni stadion 74 milyon avro gəlir gətirəcək

Dünyanın ən məşhur və zəngin ənənələrə malik futbol klublarından olan “Milan” yeni stadionun tikintisinə start verib. İllərdir “İnter”lə “San Siro” stadionunu paylaşan “Rossonyerlər” ortaqlıqdan çıxmaq niyyətindədir.

İlkin hesablamalara görə, inşası 300-320 milyon avro məbləğində nəzərdə tutulan yeni arenanın tamaşaçı tutumu 48 min yerlik olacaq.

Publika.az xəbər verir ki, klubun “Casa Milan” adlanan ofisi yaxınlığında yerləşəcək stadionun ətrafında ikimərtəbəli avtopark, futbol akademiyası, otel, sərgi meydançası, restoranlar və digər əyləncə mərkəzləri də fəaliyyət göstərəcək.

İtaliyanın nüfuzlu “Gazzetta dello Sport” nəşrinin hesablamalarına görə, yeni stadion “Milan”a ildə 74 milyon avro qazanc gətirəcək. Bunun 51 milyonu bilet və abunə satışından, 15 milyonu arenanın ad hüququndan, qalan 8 milyonu isə futbol olmayan günlərdə əldə oluna bilər.

Qeyd edək ki, yeni stadionun adı klubun hazırkı titul sponsoru “Emirates”lə bağlı ola bilər. Belədə, çox güman ki, “Emirates Stadium Milan” adı seçiləcək. Amma ad hüququ yaxşı məbləğə başqa namizəd sponsorlara da satıla bilər.

Arenanın 2018/19 mövsümü üçün istifadəyə veriləcəyi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm