Ruslan "Qəbələ"dən ayrıldı
Bizi izləyin

İdman

Ruslan "Qəbələ"dən ayrıldı

Daha bir futbolçu "Qəbələ"dən ayrılıb.

Publika.az aut.az-a istinadən xəbər verir ki, Ruslan Əmircanov bölgə klubu ilə vidalaşıb.

Buna səbəb Roman Qriqorçukun onunla yola davam etmək istəməməsi olub. Komandanı tərk edən Ruslan artıq azad agentdir və istədiyi kluba keçə bilər. Əmircanovun yeni iş yeri yaхın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, ötən mövsümün əvvəlində "İnter"dən "Qəbələ"yə transfer olunan 30 yaşlı müdafiəçi oktyabr ayında ağır zədə almış və uzun müddət müalicə olunmuşdu. Bu səbəbdən də ötən mövsüm cəmi 8 Premyer Liqa oyununa çıхaraq 720 dəqiqə oynaya bilib.

Əmircanov "İnter" və "Qəbələ"dən başqa, "Ümid" (Bakı), "Ədliyyə", "Karvan", "Standard" və "Neftçi"də çıхış edib, milli komandada 4 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm