Lionel Messinin ən kədərli selfisi - VIDEO/FOTO
Bizi izləyin

İdman

Lionel Messinin ən kədərli selfisi - VIDEO/FOTO

Argentina millisinin hücumçusu Lionel Messi üçün iyulun 4-ü heç şübhəsiz ki, futbolçu karyerasında ən kədərli günlərdən biri kimi yadda qaldı.

Publika.az xəbər verir ki, Amerika kuboku uğrunda Çili ilə keçirilən final oyunundan sonra çəkilən “selfie” isə Messinin həyatında bəlkə də ən kədərli “selfie” olacaq.

Məğlub olduğu final oyunundan sonra argentinalıların kapitanı çilili balaca azarkeşin qəlbini qırmayaraq onunla “selfie” çəkdirməyə razı olsa da, Messinin kədərli davranışları diqqətdən yayınmadı.

Xatırladaq ki, Amerika kubokunun finalında üz-üzə gələn Çili və Argentina yığmalarının matçında əsas və əlavə vaxtlarda qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan Çili millisi turnirin fəxri kubokuna sahib çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm