Tale Heydərov: “Bundan sonra daha yaxşı olacaq”
Bizi izləyin

İdman

Tale Heydərov: “Bundan sonra daha yaxşı olacaq”

“Qəbələ”nin prezidenti Tale Heydərov rəhbərlik etdiyi klubun “Dinamo”nu (Tbilisi) mübarizədən kənarlaşdırıb Avropa Liqasının ikinci mərhələsinə vəsiqə qazandığı oyuna münasibət bildirib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Tale Heydərov jurnalistlərə açıqlamasında klubu ilə fəxr etdiyini deyib.

“İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Sevindirici hal oldu ki, iki qol vurduq. Qələbə qazanmağımız gözəl oldu”, - o vurğulayıb.

Tale Heydərovun sözlərinə görə, baş məşqçi istəyəcəyi təqdirdə “Qəbələ”yə futbolçu alınacaq: “Bir neçə oyunçu transfer etmişik. Ehtiyac olarsa yenə transferlər edərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm