• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Qəbələ" və "İnter" növbəti turda, “Neftçi” dayandı - NƏTİCƏLƏR

  • İdman
  • 10 İyul 2015 01:22
  • 398 Baxış
"Qəbələ" və "İnter" növbəti turda, “Neftçi” dayandı - NƏTİCƏLƏR

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, "İnter" ilk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə oynadığı Albaniya təmsilçisi "Laçi" ilə Bakıda qarşılaşıb.

Saata 21:00-da başlayan oyunda hesab açılmayıb. İlk oyun səfərdə 1:1 hesabı ilə başa çatdığı üçün “İnter” növbəti mərhələyə vəsiqə qazanıb.

“İnter” – “Laçi” ilə eyni vaxtda Qəbələdə eyni adlı komandamız Tiflisin “Dinamo”sunu qəbul edib. “Qəbələ” ötən həftə rəqib meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə uduzduğu üçün mütləq qələbə qazanmalı idi. Qəbələ şəhər stadionunda keçirilən oyunun birinci hissəsi qolsuz başa çatıb. 71-ci dəqiqədə gürcülər azlıqda qalıblar. “Qəbələ” istədiyi qolu oyunun yalnız 88-ci dəqiqədə vurub. Asif Məmmədov fərqlənib. Son dəqiqədə isə Aleksey Antonov oyunun hesabını və növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib: 2-0.

"Neftçi" isə səfərdə Monteneqronun "Mladost"u ilə qarşılaşıb. İlk oyun Bakıda 2:2 hesabı ilə yekunlaşdığı üçün komandamıza daha məhsuldar bərabərlik, yaxud da qələbə lazım idi. Oyunun ilk hissəsi heç-heçə başa çatıb. İkinci hissənin 71-ci dəqiqəsində Araz Abdullayev komandamızı hesabda irəli çıxarıb. Lakin “Neftçi” qələbə hesabını qoruya bilməyib. Oyunun əsas vaxtına əlavə edilmiş vaxtın birinci dəqiqəsində rəqib hesabı bərabərləşdirərək “Neftçi”ni avrokuboklardan kənarlaşdırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR