Qəbələ rəsmisi: “Fransa liqasında oynayan futbolçuyla danışıq aparırıq”
Bizi izləyin

İdman

Qəbələ rəsmisi: “Fransa liqasında oynayan futbolçuyla danışıq aparırıq”

Dünən Qəbələdə tarix yazıldı. Ardıcıl ikinci il Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” tarixində ilk dəfə mərhələ adladı. Tiflis “Dinamo”suyla qarşılaşmada 2:0 hesablı qələbə qazanan Roman Qriqorçukun yetirmələri azarkeşlərə böyük sevinc bəxş etdi.

Artıq ikinci mərhələ haqda düşünmək lazımdır. Rəqib Serbiyanı təmsil edən “Çukariçki”. Mərhələlər ötdükcə rəqiblərin səviyyəsi də artır. Bu üzdən hələ də komandada müəyyən mövqelərə futbolçu transferinə ehtiyac hiss olunur.

Bu məqsədlə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun fikirlərini öyrəndik.

Publika.az-a açıqlama verən klub rəsmisi Fransa Liqasında oynayan bir futbolçu ilə danışıqların aparıldığını bildirdi:

“Sadəcə bir hücum yönlü futbolçu almaq planımız var. Onunla danışıqlar gedir. Fransa liqasında oynayır. Adını açıqlamaq istəmirəm. Ola bilsin, bir yerli gənc futbolçu da heyətə qataq. Amma başqa transfer gözlənilmir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm