İdman
Çunayev liderliyini qorudu - REYTİNQ
Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, yunan-Roma güləşi
üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Avropa
Oyunlarının qızıl medalçısı Rəsul Çunayev reytinqdəki birinciliyini
də qoruyub. Digər qızıl medalçı Elvin Mürsəliyev bir pillə
yüksələrək 4-cü olub. Gümüş medala sahib olan Rafiq Hüseynov
reytinq sıralamasında 2-ci yerdə qərarlaşıb. Bürünc mükafatçı Elman
Muxtarov isə 8 pillə irəliləyib və reytinqdə 5-ci sıraya yüksəlib.
Ötən ayın reytinq siyahısında olmayan ağır çəkili pəhləvanlarımız
Orxan Nuriyev və Sabah Şəriəti Avropa Oyunlarında qazandıqları
nailiyyətlə ilk onluğa düşə bilib. Orxan Nuriyev 6-cı, Sabah
Şəriəti isə, 9-cu sırada qərarlaşıb. Gənclərin Avropa çempionatının
qalibi İslam Abbasov da reytinq siyahısında mövqeyini qoruya
bilib.
59 kq
5. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (13)
20. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (18)
66 kq
7. Həsən Əliyev - Avropa Oyunları 3-cü yer (5)
71 kq
1. Rəsul Çunayev - Avropa Oyunları 1-ci yer (1)
75 kq
4. Elvin Mürsəliyev - Avropa Oyunları 1-ci yer (5)
80 kq
2. Rafiq Hüseynov - Avropa Oyunları 2-ci yer (1)
85 kq
6. İslam Abbasov - Gənclərin Avropa çempionatı 1-ci yer (6)
11. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
98 kq
6. Orxan Nuriyev - Avropa Oyunları 5-ci yer (nr)
130 kq
9. Sabah Şəriəti - Avropa Oyunları 2-ci yer (nr)
Qeyd: İdmançıların adları qarşısında onların
iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə
bundan əvvəlki reytinq siyahısında tutduqları yer
göstərilib.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO