Vaqif Sadıqov: “Qəbələ”də lazımi potensial var”
Bizi izləyin

İdman

Vaqif Sadıqov: “Qəbələ”də lazımi potensial var”

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qəbələ”nin Avroliqadakı çıxışı ilə bağlı münasibət bildirib.

Publika.az-a danışan tanınmış mütəxəssis Avroliqadakı təmsilçimizi rəqabətcil komanda adlandırıb:

“Qəbələ” 2-ci mərhələyə yüksəlməklə tarix yazıb deyə bilərik. Davamlı olmağı arzulayıram. İnanıram ki, baş məşqçi də bu görüşlərdən lazım olan nəticəni çıxaracaq. Düzdür, müəyyən nöqsanlar və boşluqlar var. Məncə baş məşqçi Qriqorçuk özü bunu yaxşı görür. Bunları aradan qaldırmaqla bundan da artığına nail olacaqlar. Bu o deməkdir ki, “Qəbələ”də lazımı potensial var. Bu hiss olunur, görünür. Oyunun gedişində lazım olana müdaxilə öz bəhrəsini verdi. Asif Məmmədovla Arif Daşdəmirov meydançaya daxil olan kimi oyunun ssenarisi dəyişdi. Baxmayaraq ki, rəqib o qədər də zəif deyil, amma inanıram ki, “Qəbələ” ikinci mərhələni də adlayacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm