5 milyon avroluq “razborka”
Bizi izləyin

İdman

5 milyon avroluq “razborka”

Robin Van Persini "Fənərbaxça"ya satmağa hazırlaşan "Mançester Yunayted"in "Bavariya"nın hücumçusu Tomas Müllerə göz dikdiyini xəbər vermişdik.

Publika.az xəbər verir ki, İngiltərə klubu Müller üçün 80 milyon avro təklif etsə də, almanlar bu məbləğin artırılmasını, 85 milyon avro olmasını tələb edirlər.

İngiltərə mətbuatının yazdığına görə, Müllerin baş məşqçi Pep Qvardiola ilə münasibətləri pozulub və o, özü də klubdan ayrılmağın əleyhinə deyil.

Alman futbolçu son mövsümdə "Bavariya" forması ilə 48 oyuna çıxıb, 21 qol vurub və 18 qol ötürməsi verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm