İdman
“Qəbələ” “Dinamo” ilə matçda baş verənlərə görə bəyanat yaydı
“Qəbələ” futbol klubu UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında oyun zamanı stadionda baş vermiş hadisələr haqqında bəyanat yayıb.
Bəyanatda deyilir:
“UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində
keçirilən “Qəbələ” – “Dinamo” (Tbilisi) matçında baş verən
hadisələri çox təəssüf hissi ilə qarşıladıq. Matçdan öncə ən yüksək
səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və
Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən
qüvvələr, Tbilisidə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz
işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın
dövlət atributlarının təhqir olunması və siyasi şüarlar
qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər
də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz
arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir
göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub
nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı
olmayaraq, yalnız meydançada olduğunun sübutudur.
İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar
ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş
hadisədən təəssüfləndiyimizi bildiririk”.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO