Arda Turana İngiltərə nəhəngindən təklif
Bizi izləyin

İdman

Arda Turana İngiltərə nəhəngindən təklif

Adı hər dəfə Avropanın nəhəng klubları ilə yan-yana çəkilən türkiyəli futbolçu Arda Turana daha bir möhtəşəm təklif gəlib.

Adı hər dəfə Avropanın nəhəng klubları ilə yan-yana çəkilən türkiyəli futbolçu Arda Turana daha bir möhtəşəm təklif gəlib.

Hazırda "Atletiko Madrid"də forma geyinən türk ulduz "Arsenal"a keçə bilər. Bu mövsümün sonunda Madriddən ayrılacağı ilə bağlı söz-söhbətlər gəzən yarımmüdafiəçini London klubunun baş məşqçisi Arsen Venger təkidlə transfer etmək istəyir.

Ardanın meneceri Əhməd Bulut isə futbolçunun heç yerə getmək niyyətində olmadığını bildirdi:

"Arda Madriddən ayrılmaq niyyətində deyil. Bəli İngiltərədən ona bəzi təkliflər gəlib, amma o klubla müqaviləsini yeniləyib. "Atletiko"nun bu il çempionluq yarışında əsas simalarından biridir və Arda Turan burada çox xoşbəxtdir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm