Millimizin rəqibi Almaniya ilə qarşılaşacaq
Bizi izləyin

İdman

Millimizin rəqibi Almaniya ilə qarşılaşacaq

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya yığması gələn ayın mart ayında yoxlama görüşündə qüvvəsini sınayacaq.

Antonio Kontenin komandası Almaniya ilə qarşılaşacaq.

Martın 29-da keçiriləcək oyun Münhendə baş tutacaq. Almaniya bu görüşdən üç gün öncə İngiltərəni sınağa çəkəcək. İtaliya Almaniya ilə sonuncu dəfə 2013-cü ilin noyabr ayında qarşılaşıb və həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.


Qeyd edək ki, H qrupunda yer alan İtaliya millisi keçirdiyi 6 oyundan sonra 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm